AZ

"O olmasın, bu olsun" musiqili komediyası nümayiş etdirilib

Yazını böyüt
Yazını kiçilt

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi Ağstafa şəhər Hüseyn Arif adına musiqi məktəbinin təqdimatında dahi bəstəkar, Şərqdə ilk operanın müəllifi Üzeyir Hacıbəylinin 140 illiyi münasibətilə Ağstafa rayon Mədəniyyət Mərkəzində "O olmasın, bu olsun" musiqili komediya tamaşası nümayiş etdirilib.

Əvvəlcə çıxışlarda Ümummilli Lider Heydər Əliyevin müvafiq Fərmanına əsasən, 18 Sentyabrın - Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin dünyaya göz açdığı günün ölkəmizdə Milli Musiqi Günü kimi təsis olunduğu diqqətə çatdırılıb.

Bildirilib ki, Prezident İlham Əliyevin bu il imzaladığı Sərəncama əsasən, musiqişünas-alim, publisist və ictimai xadimin yubileyi münasibətilə ölkəmizin müxtəlif şəhər və rayonlarında silsilə tədbirlər keçirilir. Silsilə şəkildə konsertlər, tamaşalar, sərgilər, elmi simpoziumlar təşkil olunur.

Sonra Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun" musiqili komediyası nümayiş etdirilib.

Seçilən
9
4
hafta.az

6Mənbələr