AZ

Əvəzedicilər Liqası: "Qarabağ-2" 5 qolla qalib gəlib

Azərbaycan Əvəzedicilər Liqasında 4-cu turdan təxirə salınmış bir oyun keçirilib.

İdman.biz bildirir ki, Binə qəsəbə stadionunda "Qarabağ-2" "Turan Tovuz-2" ilə qarşılaşıb.

Oyun 5:3 hesabı ilə Ağdam təmsilçisinin xeyrinə başa çatıb.

Qolları "Qarabağ-2"dən Hacı İbrahim, (34 (pen), Nicat Xasıyev (62, 87), Sənan Ağayev (80), Eltun Babazadə (90+4) vurublar. "Turan Tovuz-2" də Elçin Qasımov (1), Murad Dadaşov (8), Nicat Quliyev (75) fərqləniblər.

71-ci dəqiqədə "Turan Tovuz-2"dən Fərid Cəfərov penaltini vura bilməyib.

Hazırda Əvəzedicilər Liqasında turnir cədvəlinə 5 oyundan 11 xal toplamış "Qarabağ-2" başçılıq edir.

İdman.biz

Seçilən
0
1
idman.biz

2Mənbələr