AZ

Voleybol üzrə Yüksək Liqanın 2025–2026-cı illər mövsümünün püşkü atılıb - FOTO

Bu gün qadın və kişi voleybolçular arasında Yüksək Liqaların 2025–2026-cı illər mövsümünün püşkatma mərasimi baş tutub.

Apasport.az xəbər verir ki, Azərbaycan Voleybol Federasiyasının İdman zalında təşkil olunan tədbirdə federasiyanın və klubların nümayəndələri iştirak ediblər.

Yeni mövsümdə qadınların Yüksək Liqasında 9 komanda – “AZERRAIL”, “Abşeron”, “Murov Az Terminal”, “Gəncə”, “Milli Aviasiya Akademiyası”, UNEC, eləcə də debütant “DH Volley”, “Turan” və “Gənclər” klubları mübarizə aparacaqlar.

Yarışlar liqa mərhələsindən (ilkin mərhələ) və pley-offdan ibarət olacaq. Liqa mərhələsi dairəvi sistem üzrə ev-səfər prinsipi ilə bir dövrədə keçiriləcək. Nəticələrə əsasən, ən yaxşı 8 komanda pley-offa yüksələcək.

Kişilərin çempionatında isə 6 komanda – “AZERRAIL”, “Murov Az Terminal”, “Xilasedici”, “Neftçi”, ORDU və “Gənclər” çıxış edəcək. Oyunlar dairəvi sistem üzrə ev-səfər prinsipi ilə iki dövrədə təşkil olunacaq. İki dövrənin yekununda ilk 4 pillədə qərarlaşacaq komandalar pley-offda iştirak hüququ qazanacaqlar.

"Baku Sportinq"də serbiyalı yarımmüdafiəçi

II Liqa: V turun oyun cədvəli bəlli olub

Azərbaycan Kubokunda I turun oyun cədvəli bəlli olub

"Qəbələ" - "Turan Tovuz" matçında QADIN REFERİ

Qurban Qurbanov: "Çempionlar Liqasında uğurlarımız məsuliyyəti daha da artırır"

Seçilən
10
14
apasport.az

10Mənbələr