AZ

Xarici ölkələrdə Azərbaycan məktəblərinin açılması nələr vəd edir?

Bakı. Trend:

Xəbər verdiyimiz kimi, İstanbulda Azərbaycanməktəbi açılacaq. Bu imkan iki qardaş ölkə arasında təhsiləməkdaşlığının daha da möhkəmlənməsi baxımından mühüm əhəmiyyətdaşıyır.

Maraqlıdır, xarici ölkələrdə Azərbaycanməktəblərinin açılması nələr vəd edir?

Bu barədə Azərbaycan Dövlət Pedaqoji Universitetinin TəhsildəTəhlil və Kommunikasiyalar Mərkəzinin rəhbəri KamranƏsədov Trend-ə bildirib ki, xaricdə Azərbaycan məktəblərininaçılması həm milli kimliyin qorunması, həm də dövlətin beynəlxalqnüfuzunun möhkəmləndirilməsi baxımından əhəmiyyətli stratejiaddımdır.

Onun sözlərinə görə, təhlil göstərir ki, diaspor uşaqlarının anadilində və milli kurikuluma uyğun təhsil alması onlarınassimilyasiyadan qorunmasına, Azərbaycanla bağlarının güclənməsinəşərait yaradır:

““Təhsil haqqında” Qanunun 13-cü maddəsində dövlətin xaricdəyaşayan azərbaycanlıların təhsilinə dəstək verməsi xüsusi olaraqqeyd edilir və bu, hüquqi baxımdan layihənin legitimliyini təminedir. Statistikaya əsasən, hazırda Azərbaycan diasporu 50-dən çoxölkədə fəaliyyət göstərir, təkcə Türkiyədə yüz minlərlə soydaşımızyaşayır və onların övladlarının Azərbaycan məktəbinə ehtiyacıgetdikcə artır. Müsbət tərəflər ondan ibarətdir ki, belə məktəbləryalnız diaspor üçün deyil, həm də yerli ailələr üçün cəlbedici olabilər. Əgər kurikulum həm Azərbaycan, həm də ev sahibi ölkənintəhsil standartlarına uyğunlaşdırılarsa, məktəb beynəlxalqproqramların da icrası ilə keyfiyyətli təhsil mərkəzinə çevriləbilər. Bu zaman məzunlar həm Azərbaycanda, həm də həmin ölkədə alitəhsilini davam etdirmək imkanı əldə edəcəklər. Dünyada geniştəcrübə mövcuddur: Fransanın AEFE şəbəkəsi hazırda 139 ölkədəfəaliyyət göstərir və 392 mindən çox şagird təhsil alır, onların 60faizi fransız mənşəli deyil. Türkiyənin Maarif məktəbləri də artıq55 ölkədə on minlərlə şagirdi əhatə edir. Bu modellər göstərir ki,xaricdə məktəb açmaq həm mədəniyyətin ixracı, həm də dövlətinyumşaq gücünün gücləndirilməsi üçün təsirli alətdir. Azərbaycan daİstanbulda açacağı məktəblə regionda bu istiqamətdə yeni birmərhələni başlada bilər”.

Kamran Əsədov qeyd edib ki, mənfi tərəflərə gəlincə, burada birsıra çətinliklər nəzərə alınmalıdır:

“Ən önəmli məsələ kurikulumun və diplomların tanınmasıdır.Türkiyədə təhsil müəssisələrinin fəaliyyəti 5580 saylı “ÖzelÖğretim Kurumları Kanunu” ilə tənzimlənir və buradakı Azərbaycanməktəbi də həmin qanuna tam uyğun olmalıdır. Əks halda, diplomlarıntanınmasında və şagirdlərin ali məktəblərə qəbulunda problemləryarana bilər. Bundan başqa, müəllimlərin ikilisertifikatlaşdırılması, yəni həm Azərbaycan, həm də Türkiyəstandartlarına uyğun olaraq işləyə bilməsi vacibdir. Bu sahədə dəElm və Təhsil Nazirliyinin rolu böyükdür, çünki o, həm tədrisinkeyfiyyətinə, həm də beynəlxalq uyğunluğa cavabdeh olacaq.Nazirliyin son illərdə həyata keçirdiyi rəqəmsallaşma,sertifikasiya və beynəlxalq layihələrlə bağlı təcrübəsi buməktəblərin uğurlu olacağına əminlik yaradır”.

“Müqayisə edildikdə aydın görünür ki, bu layihə yalnız təhsilməsələsi deyil, həm də siyasi və mədəni diplomatiya alətidir. ƏgərFransanın və Almaniyanın məktəbləri öz dillərini, ədəbiyyatını vədəyərlərini dünyaya tanıdırlarsa, Azərbaycan məktəbləri dətariximizi, mədəniyyətimizi və dilimizi beynəlxalq səviyyədə təbliğedə biləcək. Bu isə gələcəkdə iqtisadi, mədəni və siyasiəməkdaşlıqlar üçün yeni körpülər yaradacaq. Hesab edirəm ki,İstanbulda Azərbaycan məktəbinin açılması Elm və TəhsilNazirliyinin müsbət təşəbbüsüdür və təhsil sahəsində atılanstrateji addım kimi qiymətləndirilməlidir. Bu məktəblər millikimliyin qorunması, diasporun möhkəmlənməsi və Azərbaycanınbeynəlxalq təhsil məkanında mövqeyinin güclənməsi deməkdir. Düzgünhüquqi planlama, müəllimlərin hazırlanması, maliyyələşmənin şəffaftəşkili və kurikulumun uyğunlaşdırılması ilə bu təşəbbüsAzərbaycanın beynəlxalq təhsil brendinə çevrilə bilər. Nazirliyinbu prosesə rəhbərliyi və koordinasiya rolu xüsusi olaraq təqdirolunmalıdır, çünki bu layihə uzunmüddətli strateji perspektivdədövlətin həm təhsil siyasətini, həm də beynəlxalq nüfuzunugücləndirəcək”,- deyə K.Əsədov əlavə vurğulayıb.

Məsələ ilə bağlı Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA)sədri, təhsil eksperti Əmrah Həsənli Trend-ə bildiribki, xarici ölkələrdə Azərbaycan məktəblərinin açılması həmstrateji, həm də mədəni baxımdan böyük əhəmiyyət daşıyır.

“İlk növbədə, bu addım xaricdə yaşayan soydaşlarımızın millikimliyinin qorunmasına, onların övladlarının ana dilindəkeyfiyyətli təhsil almasına və Azərbaycan dəyərləri ilə böyüməsinəşərait yaradır. Bilirik ki, miqrasiya prosesləri nəticəsində onminlərlə azərbaycanlı ailə müxtəlif ölkələrdə məskunlaşıb.Valideynlərin ən böyük narahatlıqlarından biri də övladlarının həmmüasir biliklərlə, həm də milli ruhla yetişməsidir. Azərbaycanməktəbləri bu ehtiyaca cavab verir, uşaqların doğma dilini,tarixini, ədəbiyyatını unutmasına imkan vermir. Bununla yanaşı, buməktəblər sadəcə təhsil ocağı deyil, eyni zamanda mədəniyyətmərkəzi funksiyasını daşıyır. Belə ki, həmin ölkələrdə Azərbaycanmədəniyyətinin, ədəbiyyatının, musiqisinin və tarixinin təbliğinəxidmət edir. Bu isə öz növbəsində ölkəmizin dünyadakı humanitarmövqeyini gücləndirir, beynəlxalq mədəni diplomatiyamıza əlavədəyər qatır. Xarici ölkələrin ictimaiyyəti üçün belə məktəblərAzərbaycanı yaxından tanımaq, ölkəmiz haqqında doğru informasiyaəldə etmək baxımından önəmli platformadır”,- deyə Ə.Həsənli əlavəedib.

Təhsil ekspertinin sözlərinə görə, digər mühüm məqam isəpedaqoji əməkdaşlıqla bağlıdır.

“Azərbaycan məktəbləri xaricdə fəaliyyət göstərərkən, həm yerlitəhsil sisteminin təcrübəsini öyrənmək, həm də öz təhsil modelimizitəqdim etmək imkanı yaradır. Bu, müəllimlərimizin beynəlxalqpedaqoji mühitdə təmsil olunmasına, bilik və metodikalarınmübadiləsinə şərait yaradır. Uzunmüddətli perspektivdə bu cürəməkdaşlıqlar ölkə daxilində təhsilin inkişafına da müsbət təsirgöstərəcək.

Əlavə olaraq, bu məktəblərin açılması gələcəkdə Azərbaycan vəhəmin ölkələr arasında münasibətlərin daha da möhkəmlənməsi üçünmühüm baza formalaşdırır. Çünki burada təkcə azərbaycanlı uşaqlardeyil, yerli vətəndaşların övladları da təhsil ala biləcək. Bu isəAzərbaycanın beynəlxalq nüfuzuna, pozitiv imicinə mühüm töhfədeməkdir. Ümumilikdə desək, xaricdə Azərbaycan məktəblərininyaradılması təkcə bir təhsil layihəsi deyil, milli kimlik, mədənidiplomatiya, beynəlxalq əməkdaşlıq və strateji inkişaf baxımındançoxşaxəli əhəmiyyət daşıyan tarixi bir addımdır”,- deyə ofikirlərini tamamlayıb.

Qeyd edək ki, elm və təhsil naziri Emin Əmrullayev İstanbuldaAzərbaycan məktəbinin açılacağı ilə bağlı danışarkən deyib ki,Azərbaycan-Türkiyə təhsil əlaqələrinin genişlənməsi çərçivəsindəİstanbulda fəaliyyət göstərəcək Azərbaycan məktəbi həm oradayaşayan soydaşlarımızın uşaqlarının ana dilində və milli ruhdatəhsil almasına, həm də iki ölkə arasında təhsil əməkdaşlığınındaha da güclənməsinə xidmət edəcək.

Seçilən
16
2
az.trend.az

3Mənbələr