AZ

Bakıda mağazada DƏLƏDUZLUQ Bir manat xərcləmədən 46 manat ələ keçirdi

ain.az, Baku.ws portalına istinadən məlumatı açıqlayır.

Bakının Sabunçu rayonunda yerləşən mağazalardan birində qeyri-adi dələduzluq hadisəsi qeydə alınıb.

Bu barədə BAKU.WS-in "qaynar xətti"nə məlumat daxil olub.

Hadisə Muxtar Fətəliyev küçəsi 46 ünvanında yerləşən mağazada qeydə alınıb.

Belə ki, naməlum şəxs əvvəlcə satıcıya 100 manat təqdim edir, daha sonra isə həmin pulu geri qaytararaq bunun əvəzinə 50 manat verəcəyini bildirir. Pul dəyişdirilməsi ilə bağlı çaşqınlıq yaratdıqdan sonra həm 4 manatlıq məhsul götürür, həm də 50 manata qalıq pul alır.

Satıcının dediyinə əsasən, bu üsulla bir neçə dəfə mağazaları aldadan şəxsin saxlanılması üçün hüquq-mühafizə orqanlarına müraciət edilib.

Посмотреть эту публикацию в Instagram

Публикация от @baku.ws_official

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
5
1
baku.ws

2Mənbələr