AZ

Türk dövlətləri ilə media əlaqələri və ortaq layihələr müzakirə olunub

Bakı, 23 sentyabr, AZƏRTAC

Sentyabrın 23-də Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov ilə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova arasında görüş keçirilib.

Agentlikdən AZƏRTAC-a bildirilib ki, Ə.İsmayılov türk dövlətləri ilə Azərbaycan arasında mövcud media əlaqələrinin hazırkı vəziyyətinə toxunub. O, medianın qarşılıqlı fəaliyyətinin gücləndirilməsinin əhəmiyyətini qeyd edərək Fondla əməkdaşlığın gələcəkdə ortaq layihələrin icrasına zəmin yaradacağını və işbirliyinin səmərəliliyini artıracağını diqqətə çatdırıb.

Fondun məqsəd və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verən A.Raimkulova türk xalqlarının ortaq mədəni dəyərlərinin qorunması, öyrənilməsi və gələcək nəsillərə ötürülməsi istiqamətində həyata keçirilən layihələrdən danışıb. O, sözügedən irsin beynəlxalq müstəvidə tanıdılmasında medianın mühüm rol oynadığını qeyd edib.

Görüşdə tərəflər gələcəkdə qarşılıqlı fəaliyyət çərçivəsində müxtəlif proqramların reallaşması istiqamətində fikir mübadiləsi aparıblar.

Seçilən
6
22
azertag.az

10Mənbələr