AZ

Tramp: Azərbaycan və Ermənistan arasında gərginlik də daxil olmaqla 7 münaqişəyə son qoydum

ABŞ Prezidenti Donald Tramp açıqlayıb ki, ikinci prezidentlik dönəminin ilk yeddi ayında bir sıra uzunmüddətli münaqişələrin qarşısını alıb.

Far.Az xəbər verir ki, o, bunu BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışı zamanı bildirib.

"Cəmi yeddi ay ərzində yeddi sonsuz müharibəni dayandırdım. Onların bəziləri onilliklərdir davam edirdi – biri 36, digəri 31, digəri isə 28 il. Söhbət Kamboca ilə Tailand, Kosovo ilə Serbiya, Konqo ilə Ruanda, Pakistan ilə Hindistan, İsrail ilə İran, Misir ilə Efiopiya, eləcə də Ermənistan ilə Azərbaycan arasında yaşanan qarşıdurmalardan gedir", – deyə Tramp vurğulayıb.

ABŞ lideri həmçinin əlavə edib ki, bu prosesdə BMT heç bir real dəstək göstərməyib.

Seçilən
29
27
far.az

10Mənbələr