AZ

Aylardır xərçəng xəstəsi olduğunu zənn edən qadının ağciyərindən tum çıxdı

Türkiyənin Malatya şəhərində hamını təəccübləndirən hadisə yaşanıb.

Far.Az xəbər verir ki, 50 yaşlı Aysel Türkeş bir il yarım quru öskürəkdən əziyyət çəkib.

Həkimlər əvvəl ona astma xəstəliyi diaqnozu qoyub.

Lakin Battalgazi Dövlət Xəstəxanasında qoyulan diaqnoz zamanı onun ağciyərində diri balqabaq tumu aşkar edilib.

Aysel Türkeşin sözlərinə görə, quru öskürək zamanı onun boğazından qan gəlirmiş. Bu səbəbdən həkimlər onun xərçəng xəstəsi ola biləcəyini də deyiblər.

Seçilən
31
2
far.az

3Mənbələr