AZ

Polşa prezidenti BMT-nin iclas zalında nikotin tərkibli maddə qəbul etdi

BAKI, 23 sentyabr. TELEQRAF

Polşa Prezidenti Karol Navrotskinin Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının sessiyası zamanı snus (nikotin tərkibli maddə) istifadə etdiyi iddia olunur.

Teleqraf xəbər verir ki, bu barədə "Onet" nəşri məlumat yayıb.

Sosial şəbəkələrdə yayılan videoda Navrotskinin köməkçisinin ona kiçik bir qutunu ötürdüyü görünür. Polşa Prezidenti həmin qutudan nəsə çıxarır və ağzına qoyur.

Polşalı deputat Roman Gertıx bildirib:

"Siqaretdən asılı olan hər bir insan bir neçə saat dözə bilər. Cənab Karol Navrotski isə bir saat belə stimulyatorsuz qala bilmir və deməli, heç bir ictimai funksiyanı yerinə yetirmək iqtidarında deyil. Onun qəbul etdiyi maddə tütün deyil".

Seçilən
37
2
teleqraf.com

3Mənbələr