AZ

50 yaşdan yuxarı insanlar bir neçə vacib testdən keçməyə çağırılır

Həkim Qonzales 50 yaşdan yuxarı insanları qlükoza və D vitamini səviyyələrini yoxlamağa çağırıb.

Qaziler.az bildirir ki, həkim Mariya Xesus Qonsales "La Nueva España"ya deyib ki, 50 yaşından sonra sağlamlığınızı qiymətləndirmək üçün bir neçə vacib test lazımdır.

Qonzales izah edib ki, bu yaşda bədən bir sıra dəyişikliklərə məruz qalıb. "Əzələ kütləsində azalma, qarın yağ yataqlarının artması, qan damarlarının sərtliyinin artması, sümük sıxlığının azalması, görmə və eşitmədə dəyişikliklər, hormonal disbalans müşahidə edirik" deyib.

Həkim buna əsaslanaraq, 50 yaşdan yuxarı şəxsləri ümumi qan analizi və lipid profilini yoxlamağa, həmçinin qlükoza, D vitamini, qalxanabənzər vəzi hormonlarının səviyyəsini, böyrək və qaraciyər funksiyalarını yoxlamağa çağırıb. "Bu, ürək-damar və metabolik riskləri qiymətləndirmək və uzunmüddətli sağlamlığa mənfi təsir göstərə biləcək hər hansı anormallıqları müəyyən etmək üçün lazımdır", - Qonsales yekunlaşdırıb.

QAZİLER.AZ

 

 

Seçilən
2
qaziler.az

1Mənbələr