AZ

Xarici hərbi attaşelər Hərbi İnstitutda səfərdə olublar

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi illik fəaliyyət planına əsasən, xarici dövlətlərin ölkəmizdə akkreditə olunmuş hərbi attaşelərinin Heydər Əliyev adına Hərbi İnstituta tanışlıq səfəri təşkil edilib.Metbuat.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Səfər çərçivəsində hərbi attaşelər əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Hərbi İnstitutun ərazisində ucaldılan büstü önünə gül dəstələri qoyaraq xatirəsinə ehtiramlarını bildiriblər. Daha sonra Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların Xatirə kompleksi ziyarət olunub.17 dövləti təmsil edən hərbi attaşelik aparatının nümayəndələri hərbi institutda şəxsi heyət üçün yaradılan şərait və tədris prosesi ilə tanış olublar. Qonaqlara institutun fəaliyyəti barədə brifinq təqdim olunub, onları maraqlandıran suallar cavablandırılıb.Hərbi attaşelər həmçinin institutda yerləşən Heydər Əliyev Muzeyini ziyarət edərək Ümummilli Liderin həyat və siyasi fəaliyyətini əks etdirən fotoguşə ilə tanış olublar. Onlara Ulu Öndərin ordu quruculuğu sahəsində gördüyü işlər barədə məlumatlar verilib.

Ziyarətin yüksək səviyyədə təşkilinə görə hərbi attaşelər Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Seçilən
25
13
metbuat.az

10Mənbələr