AZ

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində müşavirə keçirilib

BAKI, 23 sentyabr. TELEQRAF

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində regional bölmələrin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı müşavirə keçirilib.

Teleqraf xəbər verir ki, müşavirədə Dövlət Komitəsinin, tabeliyindəki qurumların və Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin rəhbərliyi, eləcə də Mərkəzi Aparatın və regional bölmələrin müdirləri iştirak ediblər.

Müşavirə zamanı bölgələrdə dini icmalar və din xadimləri ilə əlaqələrin gücləndirilməsi, maarifləndirici tədbirlərin məzmununun zənginləşdirilməsi, mənfi dini təzahürlərin qarşısının alınması məqsədilə sistemli tədbirlərin həyata keçirilməsi ilə bağlı məsələlər müzakirə edilib. Regional bölmələrin işinin təkmilləşdirilməsi, qarşıya qoyulan vəzifələrin daha çevik və effektiv icrası ilə bağlı tövsiyələr verilib.

Seçilən
15
teleqraf.com

1Mənbələr