AZ

“Sağlam həyat tərzi” Alt İşçi qrupunun növbəti iclasında qarşıda duran məsələlər müzakirə olunub (FOTO)

Sentyabrın 23-də “Azərbaycan Respublikasının 2027-2030-cuillərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın layihəsininhazırlanması üzrə yaradılmış “Sağlam həyat tərzi” Alt İşçi qrupununnövbəti iclası keçirilib.
Tədbirdə Azərbaycan Respublikası Nazirlər Kabineti, Səhiyyə,İqtisadiyyat, Gənclər və İdman, Ekologiya və Təbii Sərvətlər, Əməkvə Əhalinin Sosial Müdafiəsi, Kənd Təsərrüfatı nazirlikləri, Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, İcbari TibbiSığorta üzrə Dövlət Agentliyi, TƏBİB, Azərbaycan QidaTəhlükəsizliyi Agentliyi və İqtisadi İslahatların Təhlili vəKommunikasiya Mərkəzinin yüksək vəzifəli nümayəndələri iştirakediblər.

İclasda giriş sözü ilə Alt İşçi qrupunun rəhbəri, səhiyyə naziriTeymur Musayev çıxış edərək, Prezident cənab İlham Əliyevin müvafiqSərəncamının icrası məqsədilə “Azərbaycan Respublikasının2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nınaidiyyəti tədbirlərinin effektiv reallaşdırılması üçün “Sağlamhəyat tərzi” üzrə yaradılan Alt İşçi qrupunun öz fəaliyyətiniintensiv şəkildə davam etdirdiyini diqqətə çatdırıb.
“Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadiinkişaf Strategiyası”nın uğurla icra olunduğunu və ölkəmizinsosial-iqtisadi inkişafına mühüm zəmin yaratdığını qeyd edən nazir,bu inkişafın davamlılığının təmin edilməsi məqsədilə Azərbaycandasağlam həyat tərzinin təşviqi istiqamətində həyata keçiriləcəktədbirlərin daha da təkmilləşdirilməsinin vacibliyinivurğulayıb.
İclasda Səhiyyə Nazirliyinin Hüquq şöbəsinin müdir müavini HumayQurbanova “Azərbaycan Respublikasının 2022‒2026-cı illərdəsosial-iqtisadi inkişaf Strategiyası”nın indiyədək icrası üzrə caridövrdə əldə olunan nəticələr və təcrübələr barədə təqdimatla çıxışedib.

Sonda Alt İşçi qrupunun üzvlərinin təkliflərinə dair müzakirələraparılıb, uğurlu beynəlxalq təcrübələlərin tətbiqininməqsədəuyğunluğu vurğulanıb, habelə gələcək fəaliyyət istiqamətləriüzrə həyata keçiriləcək tədbirlər müəyyənləşdirilib. İclasınsonunda qarşıda duran məsələlərin icrasına dair müvafiq qərarlaralınıb.

Seçilən
34
5
az.trend.az

6Mənbələr