AZ

Təyyarənin şassisində gizlənərək ölkədən getdi

Əfqanıstanın Kabil şəhərində 13 yaşlı uşaq sərnişin təyyarəsinin şassisində gizlənərək Hindistana uçub.

Redaktor.az xəbər verir ki, bu barədə xarici KİV yazıb. 

Yeniyetmə Kabil hava limanına daxil olaraq sərnişinlərin içinə qarışıb. O, Hindistanın Yeni Dehli şəhərinə uçan KAM Hava Yollarına məxsus RQ-4401 reysinin eniş qurğusuna girib və arxa təkərin çuxurunda gizlənib. Təxminən iki saatlıq uçuşdan sonra əfqan uşaq təyyarə ilə Yeni Dehli Beynəlxalq Hava Limanına gəlib. Hava limanının əməkdaşları onu uçuş-enmə zolağında təkbaşına gəzərkən tapıblar. 

O, Hindistan polisi tərəfindən saxlanılıb və eyni reyslə Kabilə qaytarılıb.

Hindistan mediası 13 yaşlı oğlanın İrana səyahət etmək istədiyini və mindiyi təyyarənin Dehliyə getməsindən xəbərsiz olduğunu yazıb.

Seçilən
28
2
redaktor.az

3Mənbələr