AZ

Quterreş: “Daha əvvəl Qəzzadakına bənzər bir şiddət görməmişəm”

“Biz amansız insan əzabları dövrünə qədəm qoymuşuq”.

Bizim.Media xəbər verir ki, bunu BMT Baş katibi Antonio Quterreş təşkilatın Nyu-Yorkdakı mənzil-qərargahında Baş Assambleyanın 80-ci sessiyası çərçivəsində keçirilən yüksəksəviyyəli debatlarda səsləndirib.
 

“Cəzasızlıq və bərabərsizliyin ağırlığı altında sülhün əsas prinsipləri dağılır. Dünyanın hər yerində insanlar daha yaxşı bir sistem axtarışındadılar. Bu səbəbdən bir seçim etmək məcburiyyətindəyik. İnsan haqları və qlobal ədalət axtarışında olmalıyıq. Gələcək xəyalını qurduğumuz kimi olmalıdır.


Artıq üç ilə yaxındır Qəzzada dəhşət davam edir. Mən daha əvvəl Qəzzadakına bənzər bir şiddət görməmişəm. İsrail getdikcə daha çox can alır.

Qəzza sakinləri insan haqlarından məhrum olaraq yaşayırlar. Razılaşmalarımız tam şəkildə həyata keçirilməlidir”, - baş katib qeyd edib.

Bizim.Media

Seçilən
10
bizim.media

1Mənbələr