AZ

“AzParking” işçilərinə gündə bir dəfə təbii ehtiyaclarını ödəmək icazəsi verir?

Baku.ws saytından verilən məlumata görə, ain.az xəbər verir.

Sosial şəbəkələrdə yayılan iddialara görə, "AzParking" şirkətində çalışan əməkdaşlara iş saatları ərzində təbii ehtiyaclarını ödəmək üçün yalnız gündə bir dəfə icazə verilir.

Bu isə əməkdaşların həm sağlamlığına, həm də iş şəraitinə ciddi mənfi təsir göstərə biləcək amil kimi qiymətləndirilir.

İctimaiyyət bu məsələnin araşdırılmasını və lazımi tədbirlərin görülməsini tələb edir.

Şirkət daxilində belə qərar qəbul olunubmu?

Məsələ ilə bağlı "AzParking" şirkətindən BAKU.WS-ə bildirilib ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq bütün əməkdaşlarımızın əmək hüquqları tam şəkildə qorunur:

"Parklanma xidməti üzrə bələdçi vəzifəsində çalışan əməkdaşlarımızın iş rejimi əmək müqaviləsinə uyğun şəkildə növbəli qrafik əsasında tənzimlənir. Birinci növbə Bazar ertəsi–Şənbə günləri saat 07:00-dan 14:30-dək, ikinci növbə isə Bazar ertəsi–Şənbə günləri saat 14:30-dan 22:00-dək müəyyən edilmişdir. İş günü ərzində 1 saat nahar fasiləsi nəzərdə tutulub və bələdçilər tərəfindən məntəqələri nəzarətsiz saxlamamaq üçün növbəli şəkildə istifadə olunur. Əmək Məcəlləsinin 103.5-ci maddəsinə əsasən nahar fasilələrindən işçi öz mülahizəsinə uyğun istifadə etməkdə sərbəstdir.

Əlavə olaraq bildiririk ki, əməkdaşların təbii ehtiyaclarının ödənilməsi ilə bağlı şirkət tərəfindən heç bir məhdudiyyət qoyulmamış, rəhbərlik səviyyəsində bu istiqamətdə hər hansı qərar qəbul edilməmişdir, günün istənilən vaxtı fasiləyə çıxmaq imkanı təmin edilmişdir.

Müraciətdə qeyd olunan məsələ 12.06.2025-ci il tarixində sahə rəisi ilə parklanma xidməti üzrə bələdçi arasında baş vermiş qeyri-rəsmi xarakter daşıyan prosesdir və şirkətin rəsmi prosedurlarına, daxili qaydalarına və iş axınına aidiyyəti yoxdur. Sözügedən hal üzrə şirkət tərəfindən araşdırma aparılmış və sahə rəisi vəzifəsindən azad edilmişdir.

"AzParking" MMC olaraq əsas hədəfimiz vətəndaşlara yüksək keyfiyyətli xidmət göstərmək, eyni zamanda bu prosesdə əməkdaşlarımızın bütün hüquqlarını qorumaq və fəaliyyətimizi ədalət, etibar və qarşılıqlı dəyər prinsiplərinə əsaslanaraq həyata keçirməkdir".

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
34
14
baku.ws

10Mənbələr