AZ

Xarici ölkələrin hərbi attaşeləri Heydər Əliyev adına Hərbi İnstitutda olublar (FOTO)

Bakı.Trend:

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnikZakir Həsənovun təsdiq etdiyi illik fəaliyyət planına əsasən,xarici dövlətlərin ölkəmizdə akkreditə olunmuş hərbi attaşelərininHeydər Əliyev adına Hərbi İnstituta tanışlıq səfəri təşkiledilib.

Bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, hərbi attaşelər əvvəlcə Azərbaycan xalqınınÜmummilli Lideri Heydər Əliyevin hərbi təhsil ocağının ərazisindəucaldılan büstü önünə gül dəstələri qoyub, Ulu Öndərin xatirəsinəhörmət və ehtiram nümayiş etdiriblər. Sonra hərbi institutun Vətənmüharibəsində şəhid olan hərbi qulluqçularının Xatirə kompleksiziyarət olunub.

17 dövləti təmsil edən hərbi attaşelik aparatının nümayəndələrihərbi institutda şəxsi heyət üçün yaradılan şərait və tədrisprosesi ilə tanış olublar. Qonaqlara Heydər Əliyev adına Hərbiİnstitutun fəaliyyəti barədə brifinq təqdim olunub, onlarımaraqlandıran suallar cavablandırılıb.

Həmçinin hərbi attaşelər, hərbi təhsil ocağında yerləşən HeydərƏliyev Muzeyinə gələrək Ümummilli Liderin həyat və siyasifəaliyyətini əks etdirən fotoguşə ilə tanış olub. Onlara UluÖndərin ordu quruculuğu sahəsində gördüyü işlər barədə məlumatlarverilib.

Hərbi attaşelər ziyarətin yüksək səviyyədə təşkilinə görəMüdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarınıbildiriblər.

Xarici
Xarici
Xarici
Xarici
Seçilən
28
13
az.trend.az

10Mənbələr