AZ

Azərbaycan Latviyaya pomidor satışını bərpa edib

Cebheinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bu ilin yanvar-avqust aylarında Azərbaycan 156,9 milyon ABŞ dolları dəyərində 143 min 577 ton pomidor ixrac edib.

"Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 12 %, kəmiyyət olaraq – 23 % çoxdur.

Hesabat dövründə Azərbaycan Rusiyaya 150 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 10 % çox) 138 min 816 ton (+20 %), Belarusa 5,1 milyon ABŞ dolları dəyərində (+2 dəfə) 2 min 310 ton (+2 dəfə), Gürcüstana 1,1 milyon ABŞ dolları dəyərində (+19 dəfə) 1 min 588 ton (+28 dəfə), Polşaya 956 min ABŞ dolları dəyərində (+2,2 dəfə) 642 ton (+2,6 dəfə), Ukraynaya 187 min ABŞ dolları dəyərində (+4 dəfə) 167 ton (+5 dəfə) məhsul satıb.

Azərbaycan 2 il 6 aylıq fasilənin ardından Latviyaya pomidor tədarükünü (11 min ABŞ dolları dəyərində 18 ton) bərpa edib.

2024-cü ildə Azərbaycandan ixrac edilmiş 145,6 min ton pomidorun 97,4 %-i Rusiyanın payına düşüb.

"Cebheinfo.az" 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
14
3
cebheinfo.az

4Mənbələr