AZ

"Napoli" İtaliya millisinin üzvü ilə müqavilə müddətini uzadıb

İtaliyanın "Napoli" klubu cinah müdafiəçisi Matteo Politano ilə müqavilənin müddətini uzadıb.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Yeni sözləşmə 2028-ci ilin yayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, 32 yaşlı futbolçu 2020-ci ilin əvvəlində "İnter"dən "Napoli"yə keçib. O, Neapol kollektivinin heyətində 238 oyun keçirib, 34 qol vurub və 35 məhsuldar ötürmə verib.

Politano İtaliya millisinin heyətində 16 oyunda 4 dəfə fərqlənib.

"Cebheinfo.az" 

Seçilən
49
cebheinfo.az

1Mənbələr