AZ

Qubada qardaşı tərəfindən bıçaqlanan qadın dörd dəfə boşanan kişiyə qoşulub qaçıbmış - TƏFƏRRÜAT

Quba rayonunda qardaşın bacısını bıçaqlamasının təfərrüatı məlum olub.

Hadisə rayonun Xucbala kəndində baş versə də, nə bıçaqlanan qadın, nə də onun qardaşı həmin kəndin sakinləridir.

Məlumata görə, kənd sakini - 1992-ci il təvəllüdlü Elməddin Lalayev kənddə atası Abdulla ilə birlikdə heyvandarlıqla məşğul olur. Əslən Qrız rayonundan olan Lalayevlər ailəsi mövsümlə əlaqədar Xucbala kəndindəki evlərinə köçüblər. Elməddin dörd dəfə ailə həyatı qursa da, onlardan cəmi biri ilə rəsmi nikahda olub. Birinci ailəsindən boşanan Elməddin Lalayev ondan sonra üç dəfə ailə həyatı qursa da, onlarla evliliyi də uzun sürməyib.

Bıçaqlanan qadını isə Elməddin sentyabrın 21-də Sumqayıt şəhərindən qaçırıb. Elməddinlə ailə həyatı qurmaq üçün qoşulub qaçan Şamama Salam qızı Kərimova isə əslən Laçın rayonundandır. O, ailəsi ilə birlikdə Sumqayıt şəhərində yaşayıb. Ş.Kərimovanın iki azyaşlı övladı var və o da bir müddət əvvəl həyat yoldaşından boşanıb. Qadın boşanandan sonra sosial şəbəkə vasitəsi ilə Elməddinlə tanış olub və onunla ailə həyatı qurmağa razılıq verib.

Sentyabrın 21-də Ş.Kərimova E.Lalayevə qoşularaq Sumqayıtdan Quba rayonuna qaçıb.

Sentyabrın 22-si axşam saatlarında Şamama evlərinə zəng vuraraq öz razılığı ilə Quba rayonuna ailə qurmaq məqsədi ilə qaçdığını bildirib.

Məlumatı alan qızın qardaşı M.Məhərrəmov bu gün səhər saatlarında evlərindən bıçaq götürərək, Quba Rayonunun Xucbala kəndinə yollanıb. O, E.Lalayevin evinə çataraq, bacısını çağırıb. Ş.Kərimova qardaşını qarşılamaq üçün həyətə çıxıb. Elə bu vaxt M.Məhərrəmov özü ilə gətirdiyi mətbəx bıçağı ilə bacısına zərbə endirib, hadisə yerindən qaçıb.

Quba Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə hadisəni törətməkdə şübhəli bilinən M.Məhərrəmov kənd ərazisində saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı cinayət işi başlanılıb.



16:05

Quba rayonunun Xucbala kəndində bacısını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

 Quba Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə hadisəni törətməkdə şübhəli bilinən M.Məhərrəmov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı cinayət işi başlanılıb.

 


15:52

Qubada bıçaqlanma hadisəsi olub.

Hadisə Qubanın Xucbala kəndində qeydə alınıb.

Belə ki, əslən Laçın rayonundan olan Şamama Salam qızı Kərimova kəsilmiş-deşilmiş xəsarətlər ilə Quba Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib.

İlkin məlumata əsasən, qadını qardaşı M.Məhərrəmov bıçaqlayıb.

Faktla bağlı araşdırma aparılır./oxu

 

Seçilən
8
1
7news.az

2Mənbələr