Gürcüstan xarici işlər naziri Maka Boçorişvili Nyu-Yorkda Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Baş nazirinin müavini-xarici işlər naziri şeyx Abdullah bin Zaid ilə danışıqlar aparıb.
"Aznews.az" xəbər verir ki, bu barədə Maka Boçorişvili "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
Görüş BMT Baş Assambleyasının 80-cı iclası çərçivəsində keçirilib.