AZ

“Belə davam etsələr, onları keçən olmayacaq"

“Çelsi”nin baş məşqçisi Enzo Maresca İngiltərə Premyer Liqasının lideri “Liverpul” barədə danışıb.

News24.az-ın məlumatına görə, o, ““Liverpul” bu şəkildə davam edərsə, təkcə “Çelsi” deyil, heç bir komanda onları keçə bilməyəcək” deyib.

Maresca bildirib ki, “Liverpul” ötən ildən çox yaxşı çıxış nümayiş etdirir. Transfer futbolçuları, Premyer  və Çempionlar Liqasında yenidən çempionluq istədiklərini göstərir.

Qeyd edək ki, hazırda “Liverpul” 5 oyunun hamısında qalib gəlib və 15 xal toplayıb. “Çelsi” isə 5 oyunda cəmi 8 xal qazanıb.

Xeyrənsə Piriyeva


Seçilən
60
1
news24.az

2Mənbələr