AZ

Bakıda artıq hər evə bir avtomobil düşür - Rəsmi statistika

Azərbaycanda 2025-ci ilin 1 yanvar tarixinə Azərbaycanda hər ev təsərrüfatına düşən minik avtomobillərin sayı 65 ədəd olub.

BAKU.WS Banker.az-a istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 3 ədəd çoxdur və ölkə tarixində ən yüksək göstərici sayılır.

Qeyd edək ki, 2024-cü ildə bu rəqəm 62 ədəd idi. Son üç ildəki artım tempi isə 2012–2014-cü illərdəki artımla eyni səviyyədədir. Həmin dövrdə də illik artımlar 3–4 ədəd təşkil edirdi.

Rayon və şəhərlər üzrə bölgülərə nəzər yetirdikdə, paytaxt Bakı şəhərində hər ev təsərrüfatına təxminən bir avtomobil düşür. Cari il üçün bu göstərici 99 ədəd təşkil edir ki, bu da 2024-cü illə müqayisədə 2 avtomobil çoxdur.

Əlavə olaraq, ölkədə 1 milyon 494,82 min minik avtomobili mövcuddur ki, onun 588,16 mini Bakı şəhərinin payına düşür.

Seçilən
8
4
far.az

5Mənbələr