AZ

Ruben Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənilib

Bakı. Trend:

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (CM) sülh vəinsanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habeləterrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri iləvə digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşıRuben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesisentyabrın 23-də davam etdirilib.

Trend xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər ZeynalAğayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarəttərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim GünelSəmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilindətərcüməçi, habelə müdafiəsi üçün özünün seçdiyi vəkillə təminolunub.

Hakim Zeynal Ağayev prosesdə ilk dəfə iştirak edən zərərçəkmişşəxslərə məhkəmə heyətini, dövlət ittihamını müdafiə edənprokurorları, tərcüməçiləri və s. təqdim edib, habelə onlarınqanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izahedib.

İfadə verən zərərçəkmiş şəxs Məmmədtağı Kərimov Kəlbəcərdədüşmənin təxribatı nəticəsində yaralandığını söyləyib. O, dövlətittihamçısı Vüsal Abdullayevin suallarına cavabında hadisə zamanıbir neçə nəfərin həlak olduğunu və daha bir neçə nəfərinyaralandığını deyib.

Zərərçəkmiş Ceyhun Məmmədli Kəlbəcərdə yaralıların təxliyəsizamanı düşmənin açdığı atəşlər nəticəsində yaralandığını bildirib.O, dövlət ittihamçısı Təranə Məmmədovanın suallarına cavabındasanitar avtomobilin üzərində fərqlənmə nişanının olduğunu, bunabaxmayaraq atəşə tutulduqlarını bildirib. Hadisə zamanı yanındaolmuş digər şəxslər də yaralanıb.

Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin suallarınıcavablandıran zərərçəkmiş Nemət Abdullayev Xankəndidə Ermənistanordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələrinin açdığıatəşlər nəticəsində yaralandığını bildirib.

Dövlət ittihamçısı Fuad Musayevin suallarını cavablandıranzərərçəkmiş Bəxtiyar Səmədli isə Xankəndidə düşmənin açdığı atəşnəticəsində güllə yarası aldığını deyib.

Ağahüseyn Hacıyev Xankəndidə düşmənin açdığı atəş nəticəsindəözünün, Tərlan Cabbarovun və Sadiq Qasımlının yaralandığınıbildirib.

Məhəmməd Hüseynov ifadəsində Xankəndi istiqamətində düşməntəxribatı nəticəsində xəsarət aldığını bildirib. O, BaşProkurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbərəisi Nəsir Bayramovun suallarına cavabında hadisə zamanı VaqifSalmanovun və Əli Mustafayevin də yaralandıqlarını deyib.

Fərid İmaməliyev ifadəsində Xocavənd rayonu istiqamətində düşmənatəşi nəticəsində xəsarət aldığını bildirib. Əlavə edib ki, hadisəzamanı yanında Əvəz Abbasov həlak olub, bir neçə nəfər isəyaralanıb.

Çingiz Paşayev ifadəsində Ağdam rayonunda Ermənistan ordusununqalıqları və qanunsuz erməni silahlı dəstələrinin açdığı atəşnəticəsində yaralandığını söyləyib.

İlyas Mehdiyev Xocavənddə düşmənin təxribatı nəticəsindəyaralandığını bildirib.

Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi TuqayRəhimlinin suallarını cavablandıran zərərçəkmiş Ramal RüstəmovAğdərədə Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlıdəstələrinin açdığı atəş nəticəsində xəsarət aldığını deyib.

İfadə verən Nəcəfəli Mövsümov Xocalı, Ramiz Süleymanov və ŞahinCəbiyev Xankəndi istiqamətində düşmən təxribatı nəticəsindəyaralandıqlarını söyləyiblər.

Ceyhun Həsənov Laçında qarşı tərəfdən açılan atəş nəticəsindəyaralandığını bildirib.

İfadə verən Hüseyn Axundov, Seymur Əliyev və Elvin Əhmədovdüşmən təxribatı nəticəsində Ağdərə istiqamətində xəsarətaldıqlarını deyiblər.

Musa Orucov ifadəsində Xankəndi istiqamətində Ermənistanordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələrinin açdığıatəş nəticəsində yaralandığını deyib.

Tural Quliyev Ağdamda düşmən təxribatı nəticəsində yaralandığınıbildirib.

Mahirəddin Namazov Xocavənddə Ermənistan ordusunun qalıqları vəqanunsuz erməni silahlı dəstələrinin açdığı atəş nəticəsindəyaralandığını deyib. Hadisə zamanı bir neçə nəfər həlak olub, birneçə şəxs isə müxtəlif xəsarətlər alıb.

Sənan Fərzəliyev Laçında idarə etdiyi avtomobilin qarşı tərəfinatəşi nəticəsində xəsarət aldığını deyib. Hadisə zamanıyaxınlığında olan bir neçə nəfər isə yaralanıb.

Murad Hacıyev Laçın rayonu ərazisində olan zaman düşmənin açdığıatəş nəticəsində yaralandığını bildirib.

Yaqubəli Səfərov Xankəndi istiqamətində düşmənin atdığı minaatanmərmisinin partlaması nəticəsində xəsarət aldığını söyləyib. Hadisəzamanı yaxınlıqda olan bir nəfər həlak olub, bir neçə şəxs isəyaralanıb.

Cavanşir Xəlilov bildirib ki, Ağdamda Ermənistan ordusununqalıqları və qanunsuz erməni silahlı dəstələrinin açdığı atəşlərnəticəsində özü və yanında olan bir neçə nəfər yaralanıb.

Nemət Nuri Ağdam-Ağdərə istiqamətində düşmənin açdığı atəşlərnəticəsində yaralandığını deyib.

Fərhin Teymurov, Rüstəm Əliyev, Həsən Əliyev, Azər Qazaxov,Şükür Camalov, Cəfər Məlikov, Tural Xəlilov, Hüseyn Mehdizadə,Kamal Musayev, Səbuhi Əliyev, Seymur İbrahimov, Ramiz Nəzərov,Ülfət Alıyev, İmran Mürsəlov, Rəşad İsmayılov, Vüqar Abbasov vəKamran Kazımov ifadələrində suveren ərazilərimizin müxtəlifistiqamətlərində Ermənistan ordusunun qalıqları və qanunsuz ermənisilahlı dəstələrinin açdığı atəşlər nəticəsində yaralandıqlarınıbildiriblər.

Toğrul Hümbətzadə Ağdərə istiqamətində Ermənistan ordusununqalıqları və qanunsuz erməni silahlı dəstələrinin açdığı atəşnəticəsində yaralandığını bildirib. Əlavə edib ki, hadisə zamanıondan başqa daha bir neçə nəfər xəsarət alıb.

Əfqan Zeynalov Ağdam, Hüseyn Əmirov və Sənan Rzayev Ağdərəistiqamətində düşmən təxribatı nəticəsində yaralandıqlarınısöyləyiblər.

Məhkəmənin növbəti iclası sentyabrın 30-na təyin olunub.

Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama,başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburiköçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma),112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113(işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını vəadətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16,116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquqnormalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11,120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4,29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd),192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4(terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2(cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah,onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr vəqurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma vəgəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdidyaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onuzorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə),279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlıbirləşmələri və ya qrupları yaratma) və 318.2-ci (AzərbaycanRespublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələriilə ittiham olunur.

Məqalədə:
Seçilən
0
49
az.trend.az

10Mənbələr