AZ

Azərbaycan və Qazaxıstan yüksək keyfiyyətli metallurgiya məhsullarının hazırlanması üzrə birgə müəssisə yaradacaqlar

Bakı. Trend:

Qazaxıstanın “Fonte GreenMet Investments Fund OEIC Limited”şirkəti ilə yüksək faydalı komponent tərkibli qaynar preslənmişdəmir (QPD) istehsalı üzrə birgə müəssisə yaradılması layihəsininhəyata keçirilməsi Azərbaycana yüksək keyfiyyətli metallurgiyaməhsulları istehsalçısı səviyyəsinə qalxmaq imkanı verəcək.

Trend xəbər verirki, bunu “Fonte GreenMet Investments Fund OEIC Limited” İnvestisiyaFondunun baş icraçı direktoru Ercan Musin mətbuat konfransındabildirib.

“Bu əməkdaşlıq yalnız iqtisadi və maliyyə sahəsində deyil, həmdə elmi-texniki biliklərin mübadiləsi, müasir texnologiyalarıntətbiqi və innovativ istehsalın təşkili baxımından genişperspektivlər açır. Layihənin həyata keçirilməsi Azərbaycana yüksəkkeyfiyyətli metallurgiya məhsulları istehsalçısı olmağa imkanverəcək ki, bu da öz növbəsində bütün Qafqaz və Orta Asiyaregionunun sənaye xəritəsində yeni bir səhifə açacaq”, - deyə obildirib.

Musin vurğulayıb ki, Azərbaycanın dayanıqlı iqtisadi islahatlarasadiqliyi, sabit investisiya mühiti, geostrateji mövqeyi və zənginresurs potensialı xarici investorlarla uzunmüddətli və qarşılıqlıfaydalı əməkdaşlıq üçün son dərəcə cəlbedici imkanlar yaradır.

“Biz bu əməkdaşlığı yalnız bir layihə çərçivəsində deyil, həm dəstrateji tərəfdaşlıq platforması kimi nəzərdən keçiririk vəgələcəkdə digər sahələrdə birgə investisiyalara olan marağımızıxüsusi qeyd etmək istərdik,”- deyə şirkət rəhbəri əlavə edib.

Məqalədə:
Seçilən
13
az.trend.az

1Mənbələr