AZ

Yunan Roma güləşi üzrə Azərbaycan millisinin baş məşqçisi: Səhvlərimizin üzərində işləməliyik

Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bakı, 23 sentyabr, AZƏRTAC

Səhvlərimizin üzərində işləməliyik.

AZƏRTAC xəbər verir ki, bu sözləri Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən dünya çempionatında 4 medalla komanda hesabında 2-ci yeri tutan yunan-Roma güləşi üzrə Azərbaycan millisinin baş məşqçisi Aleksandr Tarakanov deyib.

O, yığmaya dəstək olanlara minnətdarlığını bildirib: “Bizim üçün dua edən hər kəsə təşəkkür edirik. Bir qızıl, bir gümüş və iki bürünc medalla komanda hesabında dünya ikincisi olduq. Qarşıda bizi növbəti yarışlar gözləyir. İki zədəli güləşçimiz bərpa prosesi keçdikdən sonra sıralarımıza qoşulacaq”.

Xatırladaq ki, yığmanın tərkibində Ülvü Qənizadə (72 kiloqram) qızıl, Həsrət Cəfərov (67 kiloqram) gümüş, Eldəniz Əzizli (55 kiloqram) və Murad Əhmədiyev (97 kiloqram) bürünc medal qazanıblar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
30
3
azertag.az

4Mənbələr