AZ

Əfqan uşaq Kabildən Yeni Dehliyə təyyarənin təkər yuvasında uçdu

Əfqan uşaq Kabildən Yeni Dehliyə təyyarənin təkər yuvasında uçdu

Əfqanıstanda 13 yaşlı bir uşaq sərnişin təyyarəsinin təkərlər yuvasında gizlənərək paytaxt Kabildən Hindistanın paytaxtı Yeni Dehliyə qədər uçub.

Indian Express qəzetinin xəbərinə görə, adı açıqlanmayan əfqan uşaq Kabil hava limanına gizlicə girərək sərnişinlərin arasına qarışıb.

Kam Air-ə məxsus RQ-4401 saylı sərnişin təyyarəsinin təkər yuvasına fərq edilmədən girən uşaq təyyarənin arxa təkər yuvasına gizlənib.

Burada təhlükəli bir səyahət edən 13 yaşlı uşaq Yeni Dehli beynəlxalq hava limanına qədər gedib çatıb.

Təyyarə endikdən sonra uçuş-eniş zolağında tək başına gəzdiyi müəyyən edilən uşaq yerli təhlükəsizlik əməkdaşları tərəfindən saxlanılıb.

Sorğuda sadəcə maraqdan buna girişdiyini deyən uşaq sərnişin təyyarəsinin arxa təkər yuvasında gizləndiyini bildirib.

Əfqanıstanın şimalında yerləşən Qunduz şəhərindən olduğu müəyyən edilən uşaq əslində İranın paytaxtı Tehrana getmək istədiyini, lakin gizləndiyi təyyarənin Yeni Dehliyə getdiyini bilmədiyini deyib.

Hindistan Mərkəzi Sənaye Təhlükəsizlik Qüvvələrindən (CISF) verilən açıqlamaya görə, uşaq sorğusundan sonra gəldiyi təyyarə ilə Kabilə geri göndərilib.

Seçilən
0
afn.az

1Mənbələr