1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Yeni konstitusiyanın qəbulu bizə erməni demokratiyasının əsas problemini, məhz məhkəmə hakimiyyətinin xalqdan ayrılmasını aradan qaldırmağa kömək edəcək".
Oxu.Az-ın Ermənistan KİV-ə istinadən xəbərinə görə, bu sözləri ölkənin baş naziri Nikol Paşinyan sentyabrın 23-də "Ermənistan demokratiya forumu" çərçivəsində keçirilən panel müzakirəsində deyib.
Onun sözlərinə görə, mövcud ədliyyə sisteminin cəmiyyətlə üzvi əlaqəsi yoxdur. Bu sistem təcrid olunmuş şəkildə fəaliyyət göstərir ki, bu da öz növbəsində ona olan inamı sarsıdır.
"Hakimiyyət xalqa məxsusdur və istənilən hakimiyyət ondan qaynaqlanmalıdır. Bu gün mən ciddi sistem problemi görürəm. Ermənistanda məhkəmə hakimiyyəti xalqdan qaynaqlanmır və ondan tamamilə ayrılıb", - deyə ölkəyə yeddi ildən artıq rəhbərlik edən Paşinyan bildirib.
Yeni konstitusiya layihəsinin müzakirəsi çərçivəsində ideyalar təklif edilir ki, onun sözlərinə görə, bu ideyalar yuxarıda qeyd olunan boşluğu aradan qaldırmalıdır.
"Təşəbbüslərdən biri andlı münsiflərin məhkəmə sisteminin tətbiqi oldu", - deyə Nikol Paşinyan qeyd edib.
O vurğulayıb ki, bu problem həll olunmayana qədər demokratiyanın tam şəkildə inkişafını təmin etmək, sadəcə olaraq, mümkün deyil. Nikol Paşinyan əmin edib ki, əvvəllər məhkəmə qərarları tez-tez kənar oyunçular tərəfindən diktə edilir və hibrid müharibə çərçivəsində istifadə edilirdi.