AZ

Türkiyədə gömrükçülər Telegram-da məxfi məlumatları satıblar

Ajans.az xəbər verir ki,bu barədə “Sabah” nəşri məlumat yayıb. Məlumata görə, İstanbul Baş Prokurorluğunun Terrorla Mübarizə Bürosu iyun ayında Telegram platformasında Türkiyə Ticarət Nazirliyinin qapalı sistemindən əldə edilən məlumatları pulla satan qrup aşkarlayıb və bununla bağlı 10 şübhəli saxlanılıb. İstintaq zamanı bəlli olub ki, həmin şəxslər idxal və ixrac əməliyyatlarına dair məlumatları, o cümlədən ASELSAN şirkətindən alınan qumbaraatan və hücum tüfəngləri kimi silahların tədarükü ilə bağlı detalları sosial şəbəkələr üzərindən üçüncü şəxslərə ötürüblər. Qeyd olunur ki, bu məlumatlar yalnız Milli Müdafiə Nazirliyinin icazəsi ilə paylaşıla bilər və milli təhlükəsizliyə ciddi təhdid yarada bilər. Təhlükəsizlik orqanları bildiriblər ki, məhsulların miqdarı, çəkisi və növü barədə məlumatlar xarici ölkələrə və terror təşkilatlarına sızdırıla bilərdi. Araşdırmalar zamanı bir gömrük əməkdaşının 7000 dollar məbləğində pul köçürmələri həyata keçirdiyi də müəyyən edilib. Məhkəmənin qərarı ilə 7 nəfər barəsində həbs qətimkan tədbiri seçilib.

 

Seçilən
14
Ajans.az

1Mənbələr