AZ

Azərbaycanın Milli Depozit Mərkəzi ilə Qazaxıstanın Mərkəzi Depozitarı arasında müxbir əlaqələr yaradılıb

ain.az xəbər verir, Marja.az saytına əsaslanaraq.

Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi (MDM) və Qazaxıstan Respublikasının "Qiymətli Kağızların Mərkəzi Depozitarı"arasında qarşılıqlı hesabların açılmasına dair saziş imzalanmışdır.

MDM-in yaydığı məlumata bildirilir ki, Saziş Almatıda keçirilən Ümumdünya Mərkəzi Depozitarlar Forumunun çərçivəsində hər iki qurumun idarə heyətlərinin sədrləri tərəfindən imzalanıb.

VTB-də yüksək depozit faizləri daha çox qazandırır

Qeyd edilib ki, bu təşəbbüs hər iki ölkənin kapital bazarları arasında transsərhəd çıxışı genişləndirmək məqsədi daşıyır. Yeni yaradılan birbaşa əlaqə mexanizmi investorlara Azərbaycanın və Qazaxıstanın fond bazarlarına birbaşa çıxış imkanı təmin edəcək, transsərhəd investisiyaların inkişafına və daha dərin maliyyə inteqrasiyasına təkan verəcək.

"Depozitarlararası əməkdaşlıq sayəsində bazar iştirakçıları qiymətli kağızları birbaşa mərkəzi depozitarların nominal saxlayıcı hesablarında saxlaya və hesablaşmaları effektiv şəkildə apara biləcəklər. Bu, qazaxıstanlı investorlar üçün Azərbaycan bazarına, azərbaycanlı investorlar üçün isə Qazaxıstan bazarına çıxış üçün yeni imkanlar yaradacaq.

Təşəbbüs, həmçinin, investisiya portfellərinin diversifikasiyasına və iki qonşu ölkənin maliyyə bazarları arasında əməkdaşlığın daha da gücləndirilməsinə xidmət edir. Bütün lazımi texniki prosedurların tamamlanmasından sonra depozitarlararası infrastrukturun tam işə salınması gözlənilir", -məlumatda bildirilir. 

Qeyd edək ki, bu addım MDM-in "2024-2026-cı illər üzrə İnkişaf Strategiyası"nda nəzərdə tutulmuş depozitarlararası əlaqələrin genişləndirilməsi istiqamətində həyata keçirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
7
marja.az

8Mənbələr