AZ

10-cu dəfə təşkil olunan Caspian Air Cargo Summit rekord iştirakçı sayı və mühüm açıqlamalarla fərqləndi

Bakı Konqres Mərkəzində "Silk Way West Airlines" şirkətinin evsahibliyi ilə keçirilən sayca 10-cu "Caspian Air Cargo Summit"inzirvə görüşü rekord iştirakçı sayı və mühüm yeniliklərlə yaddaqalaraq qlobal logistika xəritəsində strateji qovşaq kimiAzərbaycanın mövqeyini daha da möhkəmləndirib.

Trend xəbər verir ki, "DSV", "Boeing, "Airbus", "Rolls-Royce","Atlas Air Worldwide", "ACL Airshop", "Hactl", "Kales Group" vədigər qlobal şirkətlərin rəhbərləri də daxil olmaqla, 45-dən çoxölkədən gəlmiş 400-dən artıq tədbir iştirakçısı hava yolu ilədaşınan yüklər, logistika və multimodal nəqliyyatın gələcəyinimüzakirə etmək üçün Bakıda bir araya gəlib.

Zirvə görüşündə "Silk Way Group" şirkətlər qrupunun iddialıinkişaf strategiyası və Azərbaycanın Avrasiya logistikasındakıartan rolu ön planda olub. 750 hektar ərazini əhatə edən Ələt Azadİqtisadi Zonası Hava Limanı və Karqo Kəndi layihəsi bu planlarınmərkəzində dayanır. Ən müasir tələblərə cavab verən və hava, dəniz,avtomobil və dəmir yollarını özündə birləşdirən bu qovşağın inşaatişlərinin 2026-cı ilin sonunadək başa çatdırılması, 2027-ci ilinəvvəlində isə fəaliyyətə başlaması gözlənilir. "Silk Way Group"layihə çərçivəsində operator kimi "Dnata" şirkəti ilə müştərəkmüəssisənin təsis olunması, həmçinin biznes aviasiyası və "FBO"xidmətlərinin (sabit baza operatoru) inkişaf etdirilməsi üçün"ExecuJet" şirkəti ilə anlaşma memorandumunun imzalanması və yenihava limanında "Gulfstream"in regional xidmət mərkəzininyaradılması barədə planlarını açıqlayıb.

Eyni zamanda, "Silk Way West Airlines" dünyanın ən gənc vəsəmərəli uzun məsafəli yük təyyarələri donanmalarından biri kimi 10ədəd "Boeing 777F" və 4 "Airbus A350" yük təyyarələrinin alınmasıilə donanmanın yenilənmə proqramını həyata keçirir. Bundan əlavə,konfrans sessiyalarında qlobal ticarətdə Orta Dəhlizin stratejiəhəmiyyətinin artması, Mərkəzi Avrasiya boyunca rəqəmsalinnovasiyalar, dayanıqlı hava nəqliyyatı və investisiyaimkanlarının əhəmiyyəti araşdırılıb.

"Silk Way Group" şirkətlər qrupunun prezidenti Zaur Axundov"Caspian Air Cargo Summit"in sayca 10-cu olması təkcə bu tədbirinillər ərzində keçdiyi inkişaf yolunu deyil, həmçinin aviasiyasənayesində müşahidə edilən dinamizmi əks etdirdiyinivurğulayıb.

“Tərəfdaş və müştərilərimizlə birlikdə yeni çağırışlara cavabverməyə və qlobal logistika mərkəzi kimi Azərbaycanın rolunugücləndirən imkanlardan istifadə etməyə davam edirik”, - deyəşirkətlər qrupunun prezidenti qeyd edib.

İlk dəfə 2006-cı ildə keçirilmiş "Caspian Air Cargo Summit"tədbiri Mərkəzi Asiya və Qafqazda hava yolu ilə yükdaşıma vəlogistika üzrə qabaqcıl təşəbbüsə çevrilib. "Silk Way WestAirlines" şirkətinin ev sahibliyi ilə Euroavia Internationaltərəfindən təşkil edilən zirvə görüşü qlobal sənaye liderləriniOrta Dəhlizin sürətlə inkişaf edən imkanları ilə tanış edir.

Əsası 2012-ci ildə İpək Yolunun mərkəzi olan Bakıda qoyulmuşSilk Way West Airlines şirkəti Heydər Əliyev Beynəlxalq HavaLimanındakı "Boeing 777F, 747-8F, 747-400F" təyyarələri vasitəsiləhər ay dünya üzrə yüzlərlə uçuş həyata keçirir. Dayanıqlılıq vəsəmərəlilik prinsipləri çərçivəsində, "Silk Way West Airlines"qlobal logistikanın tələblərinə daha yaxşı cavab vermək məqsədilə2030-cu ilədək öz donanmasını "Boeing 777F, Boeing 777-8F və AirbusA350F" da daxil olmaqla yeni, ən müasir təyyarələrlə yeniləməyiplanlaşdırır. Aviaşirkət illik 500 min tondan çox yük dövriyyəsiilə Avropa, MDB ölkələri, Yaxın Şərq, Asiya və Amerika qitəsində40-dan artıq qlobal istiqamətə yükdaşıma xidmətləri təklifedir.

Seçilən
18
6
az.trend.az

7Mənbələr