AZ

Rusiyada azərbaycanlılar həbs edilib

Ajans.az xəbər verir ki,bu barədə Yekaterinburq İctimai Palatasının üzvü Dmitri Çukreyev məlumat verib. Çukreyevin Telegram kanalında yazdığına görə, yeraltı sex Daxili İşlər Nazirliyinin Sverdlovsk vilayəti üzrə Baş İdarəsinin əməkdaşları tərəfindən iyul ayında aşkar edilərək bağlanıb. Həmin vaxt sexin təşkilatçılarından biri — azərbaycanlı iş adamı Elvin Şükürov saxlanılıb. Hazırda Şükürovun həmyerliləri – Elməddin İdris oğlu Ağayev və Mirxas Əliqeydər oğlu Verdiyev də eyni cinayət işi üzrə həbs olunublar. Bundan əlavə, Pervouralskda keçirilən digər əməliyyat zamanı 48 kiloqramdan artıq sintetik narkotik maddə müsadirə edilib. “Ural Meridian” xəbər agentliyi bildirir ki, əməliyyat zamanı 1991 və 1984-cü il təvəllüdlü iki yerli sakin saxlanılıb. Polis onlardan birinin istifadə etdiyi qaraja baxış zamanı vakuumla bağlanmış paketlərdə müxtəlif sintetik narkotik maddələr, prekursorlar və onların qablaşdırılması üçün vasitələr aşkar edib. Şübhəlilərin telefonlarında isə narkotiklərin gizlədildiyi yerlərə aid foto materiallar tapılıb. İstintaqın versiyasına görə, saxlanılan şəxslər internet mağazası vasitəsilə narkotik satışında vasitəçi qismində çıxış ediblər.

 

Seçilən
6
2
Ajans.az

3Mənbələr