AZ

Tərtərdə əmək yarmarkası keçirilib

Yazını böyüt
Yazını kiçilt

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Qarabağ Məşğulluq Filialı və Tərtər rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə əmək yarmarkası keçirilib.

Hafta.az xəbər verir ki, təqdim olunmuş vakansiyalara dair tələblər təhlil olunaraq nazirliyin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin Əmək və Məşğulluq Alt Sistemində işsiz və işaxtaran şəxs kimi qeydiyyatda olan 163 vətəndaşla iş aparılıb, uyğun namizədlər tədbirə cəlb edilib.

Yarmarkaya 16 müəssisə tərəfindən, ümumilikdə 98 boş iş yeri təqdim edilib. İşəgötürən tərəfindən vakansiyalara müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlər növbəti mərhələyə dəvət olunub.

Seçilən
23
4
hafta.az

5Mənbələr