AZ

Noyabrın əvvəlində GÖZLƏ GÖRÜNƏCƏK Yerə yaxınlaşır...

Baku.ws portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Yerə yaxınlaşan C/2025 A6 (Lemmon) kometası sürətlə parlaqlaşır. Növbəti 10–14 gün ərzində onu adi binoklla görmək mümkün olacaq.

BAKU.WS xəbər verir ki, mütəxəssislərə görə, oktyabrın sonu – noyabrın əvvəlində kometa o qədər parlaq olacaq ki, gözlə də görünə biləcək. Bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu məlumat yayıb.

Kometanın 3 yanvar 2025-ci ildə kəşf olunduğu bildirilir. Hazırda o, Yerdən 200 milyon kilometr uzaqdadır və hər gün bu məsafə 5 milyon kilometr azalır. 21 oktyabrda kometa Yerə ən yaxın – 90 milyon kilometrdən az məsafədə olacaq.

Alimlər bildirirlər ki, hazırda kometa Böyük Ayı bürcünə doğru hərəkət edir və oktyabrın ortalarında həmin bürcün yaxınlığında görünəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
1
baku.ws

2Mənbələr