Şəkidə bədii gimnastika üzrə III MDB Oyunlarının sınaq xarakterli yarışı təşkil olunub.
İdman.biz xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyası məlumat yayıb.
Bildirilib ki, 20-21 sentyabrda Olimpiya İdman Kompleksində keçirilən 30-cu ölkə birinciliyində 13 klubdan 130 gimnast çıxış edib.
İdmançılar balacalar, yeniyetmələr və gənclər yaş kateqoriyalarında halqa, top, lent və gürzlərlə proqramlarını nümayiş etdiriblər.
Nəticələr:
- Balacalar arasında Leyli Qayıblı, Zeynəb İsmayılova və Mira Özel birincilik qazanıblar.
- Yeniyetmələrdə Amina Novruzova və Gülnur Məmmədli qızıl medal əldə ediblər.
- Gənclərin yarışında isə Azadə Atakişiyeva qalib olub.
- Qrup hərəkətlərində də “Ocaq Sport” klubu üstünlüyü ələ keçirərək çoxnövçülük və 5 ip proqramında bütün mükafat yerlərini tutub.