AZ

Gözlərini qan örtdü: Mübahisə etdiyi atasının boğazını kəsərək öldürdü

ain.az bildirir, Sherg.az saytına əsaslanaraq.

Türkiyənin Sultanqazi rayonunda Burhan Güneşli (29) atası Nuri Güneşlinin(54), boğazını kəsərək öldürüb. Polis bölməsindəki əməliyyatlar tamamlanan şübhəli həbs edilərək həbsxanaya göndərilib.

Sherg.az xəbər verir ki, hadisə dünən Cebeci qəsəbəsində, 4 mərtəbəli binanın 3-cü mərtəbəsindəki mənzildə səhər saatlarında baş verib. Məlumata görə, ata Nuri Güneşli və oğlu Nurhan Güneşli gecə saatlarında mübahisə edib. Qısa müddət sonra davaya çevrilən hadisədə Burhan Güneşli atasının boğazını kəsib.

Burhan Güneşli polisi çağıraraq atasını bıçaqladığını bildirib. Hadisə yerinə səhiyyə və polis briqadaları göndərilib. Səhiyyə işçilərinin ilkin yoxlamasında ata Nuri Güneşlinin öldüyü müəyyən edilib. Burhan Güneşli isə polis tərəfindən saxlanılıb. Polis bölməsindəki əməliyyatlar tamamlanan şübhəli, məhkəmə tərəfindən həbs edilərək həbsxanaya göndərilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
4
1
sherg.az

2Mənbələr