İstanbulda məşhur müğənninin zinət əşyaları oğurlanıb
Ajans.az MK.RU-ya istinadən xəbər verir ki, başqa ölkəyə yola düşməzdən əvvəl bir neçə gün Türkiyədə, lüks oteldə qalıb. Otağını dəfələrlə tərk etsə də, qiymətli əşyalarını – almaz xaç, dörd karatlıq sırğalar və bir neçə üzüyü otaqda qoyub. Boyka bildirib ki, digər ölkəyə çatdıqdan sonra ziynet əşyalarının olduğu çantanın itkin düşdüyünü fərq edib: “Çantamın içindəki zinət əşyalarının olmadığını gördüm. O qədər həyəcanlandım və qəzəbləndim ki, bunu sözlə ifadə edə bilmirəm. Xaç isə mənim çox yaxın dostumun hədiyyəsi idi”. Hadisədən sonra müğənni otellə əlaqə saxlayıb, lakin otel işçiləri zinət əşyalarını görmədiklərini bildirib. Mühafizə xidmətinin guya təhlükəsizlik kameralarını yoxladığı deyilsə də, müğənni bu görüntüləri heç vaxt görmədiyini qeyd edib: “Otel mənə yalnız bildirdi ki, heç nə tapılmayıb. Amma 7 milyon rubl dəyərində əşyaların bu şəkildə yoxa çıxması ayıbdır”, – deyə o, açıqlamasında əlavə edib. Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub-olunmadığı barədə məlumat verilməyib.