ABŞ Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyası üçün Nyu-Yorka gələn İran diplomatlarının mağazalardan alış-veriş etməsini və lüks məhsullar satın almasını məhdudlaşdırdığını açıqlayıb.
ABŞ Dövlət Departamentinin sözçüsü Tommi Piqott açıqlamasında bildirib ki, İran rəsmiləri BMT Baş Assambleyasında öz rəsmi vəzifələrini yerinə yetirmək üçün BMT-nin mənzil-qərargahına gedib-gəlməli olduqları ərazilərlə məhdudlaşacaqlar.
Piqott qeyd edib ki, iranlı rəsmilər Nyu-Yorkdakı İran nümayəndəliyi işçiləri daxil olmaqla ABŞ-da hər hansı topdan mağaza üzvlüyü və alış-veriş üçün əvvəlcədən icazə almalıdırlar.
Sözçü həmçinin vurğulayıb ki, İran xalqı çətin vəziyyətdəykən ABŞ iranlı rəsmilərin Nyu-Yorkda alış-veriş etməsinə icazə verməyəcək.
CNN-in məlumatına görə, iranlı rəsmilər 1000 dollardan yüksək qiymətli saatlar, dəri və ipək geyimlər, kürklər, zinət əşyaları, ətirlər, elektron cihazlar, spirtli içkilər və 60000 dollardan yüksək avtomobillər üçün əvvəlcədən icazə almalıdırlar.