AZ

Piylənməyə qalib gəlmək istəyənlərə inanılmaz xəbər: Bir yolu var!

Azərbaycanda aparılan son araşdırmalar göstərir ki, əhalinin müəyyən bir qismi artıq çəkidən əziyyət çəkir. Bu, həm sağlamlıq, həm də gündəlik həyat tərzi baxımından ciddi narahatlıq doğuran mövzudur. Maraqlıdır ki, bir çox insan arıqlamaq istəmir, digərləri isə çəki atmağa çalışarkən düzgün olmayan üsullara əl atır və nəticədə istədiklərinə nail ola bilmirlər.

Bəs problemin kökündə insanların sağlam həyat tərzinə maraqsız yanaşması dayanır, yoxsa arıqlamaq üçün atılan yanlış addımlar?

Tanınmış həkim, dietoloq Leyla Zülfüqarlı “Yeni Sabah”a bu məsələdən danışıb: Dördpendirli pizza

“Artıq 15 ilə yaxındır ki, mən özümün xüsusi arıqlama konseptimi yaratmışam. Bu proqram çərçivəsində insanlar hətta idman etmədən belə böyük nəticələr əldə edə bilirlər. Bizim ciddi mübarizə üsullarımız var və daim yeni metodlar axtararaq onları tətbiq edirik.

Buna baxmayaraq, insanlar günü-gündən piylənmə xəstəliyinin daha ciddi dərəcələrindən əziyyət çəkirlər. Dünya Səhiyyə Təşkilatının proqnozuna əsasən, 2030-cu ildə dünyanın hər dörd sakinindən biri artıq çəki və piylənmədən əziyyət çəkəcək. Bu isə çox ciddi rəqəmdir.

Səbəblərə gəldikdə isə, ilk növbədə həyat keyfiyyətinin aşağı düşməsi önə çıxır. Burada stresin, iş yükünün çox olmasının böyük rolu var. Digər tərəfdən, insanlar “qlamurlaşmaq” və “müasirləşmək” anlayışını yanlış başa düşərək, sağlamlıqlarını təhlükə altına atan kimyəvi məhsullara üstünlük verirlər.

Üçüncü əsas səbəb isə yanlış arıqlama üsullarına müraciət edilməsidir. Bura müxtəlif cərrahi əməliyyatlar, təsirsiz kapsullar, dərmanlar, arıqlama çayları və qəhvələri daxildir. Bunların hamısı səhvdir”.

Müsahibimiz onu da vurğulayıb ki, əslində arıqlamanın yalnız bir sağlam yolu var:

“İnsanı kökəldən əsas faktoru aradan qaldırmaq lazımdır. İnsan niyə kökəlir? Bu, çox vaxt hormonal pozuntularla bağlı olur. Biz isə həmin səbəbi müalicə etməklə, xüsusi pəhriz proqramı tərtib edirik.

Mənim konseptimdə hazırlanan bu pəhriz proqramı ilə insanlar 6 ay ərzində, idman etmədən belə 60 kiloqrama qədər artıq çəkidən azad ola bilirlər. Bu necə baş verir? Çünki biz psixosomatik yanaşma tətbiq edirik: köklüyün səbəbini aradan qaldırır, hormonal tarazlığı bərpa edir, vitamin-mineral çatışmazlıqlarını aradan qaldırır, qaraciyər funksiyalarını normallaşdırırıq. Bununla da insan sağlam və düzgün şəkildə arıqlamağa nail olur”.

Aytac Əliyeva 


Telegram kanalımız
Seçilən
14
3
yenisabah.az

4Mənbələr