AZ

AYİB-in Qafqaz üzrə regional direktoru ilə görüş keçirilib

“Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində Avropa Yenidənqurma və İnkişaf Bankının Qafqaz üzrə regional direktoru Alkis Drakinos ilə görüşdük. Beynəlxalq maliyyə qurumları ilə səmərəli tərəfdaşlığın Azərbaycanın dayanıqlı inkişafı və investisiya mühitinin təkmilləşdirilməsində mühüm rolunu vurğuladıq. Su infrastrukturu, bərk məişət tullantılarının idarəçiliyi və digər perspektiv sahələrdə əməkdaşlığa dair fikir mübadiləsi apardıq”.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında paylaşım edib.

Seçilən
69
vergiler.az

1Mənbələr