AZ

Baş nazir Əli Əsədov Türkiyənin milli təhsil naziri ilə görüşüb

Sentyabrın 23-də Azərbaycan Respublikasının Baş naziri ƏliƏsədov Türkiyə Respublikasının milli təhsil naziri Yusuf Tekinləgörüşüb.

Görüşdə iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərininbütün istiqamətlərdə, o cümlədən təhsil sahəsində dinamikinkişafından məmnunluq ifadə olunub.

Bakıda Türk Anadolu Liseyinin yeni korpusunun istifadəyəverilməsi iki ölkə arasında təhsil sahəsində səmərəli əməkdaşlığınbariz nümunəsi kimi dəyərləndirilib. Eyni zamanda növbəti tədrisilindən Türkiyənin İstanbul şəhərində Azərbaycan məktəbininaçılacağı qeyd edilib.

Y.Tekinin Qarabağ Universitetini, həmçinin Şuşa, Füzuli və Ağdamşəhər orta məktəblərini ziyarət etməsi məmnunluqla vurğulanıb.

Səfər çərçivəsində imzalanmış təhsil və peşə təhsili sahəsindəəməkdaşlığa dair sənədlərin əhəmiyyəti qeyd edilib.

Görüş zamanı təhsil, o cümlədən peşə təhsili sahəsindəəməkdaşlığın cari vəziyyət və perspektivləri, Türkiyə-AzərbaycanUniversitetinin fəaliyyəti və qarşılıqlı maraq doğuran digərməsələlər müzakirə olunub.

Seçilən
5
35
az.trend.az

10Mənbələr