AZ

NATO-dan RusiyayaÇağırış

Atlantika Alyansı çərşənbə axşamı öz nümayəndələrinin Brüsseldəki görüşündən sonra xəbərdarlıq edib ki, Rusiya son günlər NATO hava məkanını təyyarə və dronlarla bir neçə dəfə pozmasından sonra eskalasiyanı dayandırmalıdır.

Xezerxeber.az xəbər verir ki, NATO-nun bəyanatında deyilir: “Rusiya gərginləşmə potensialı olan, yanlış mühakimə yürütməklə insanların həyatı üçün təhlükə yaradan bu hərəkətlərə görə tam məsuliyyət daşıyır. Buna son qoyulmalıdır”.

İki həftədən az müddətdə NATO səmalarına Rusiya pilotsuz uçuş aparatları və qırıcı təyyarələrinin üç müdaxiləsi qeydə alınıb.

Alyansın ali siyasi orqanı olan Şimali Atlantika Şurasının (NAC) səfirlər iclasından sonra yayılan bəyanatda 32 NATO ölkəsi bəyan edib ki, “beynəlxalq hüquqa uyğun olaraq, mənşəyindən aşlı olmayaraq, özlərini müdafiə etmək və bütün təhdidlərə qarşı durmaq üçün zəruri hesab etdikləri bütün hərbi və qeyri-hərbi alətlərdən istifadə ediləcək”.

Ötən həftənin cümə günü Rusiyanın üç hərbi təyyarəsi Estoniyanın hava məkanına daxil olub və 12 dəqiqə orada qalıb. Bu, Rusiyanın yeni “təxribatı” ilə bağlı NATO və Avropa İttifaqının etirazlarına səbəb olub, Moskva isə hava məkanının hər hansı pozulması faktını təkzib edib.

Hava məkanına müdaxilə NATO üzvü Polşanın sentyabrın əvvəlində Rusiyanın pilotsuz uçuş aparatlarının Ukraynanı hədəf alaraq onun hava məkanını dəfələrlə pozduğunu bəyan etməsindən sonra baş verib. Varşava hücumu pisləyib və onu "təcavüz" adlandırıb.

Seçilən
22
3
xezerxeber.az

2Mənbələr