AZ

Moskvada dəhşətli partlayış

Ajans.az xəbər verir ki,hadisə barədə məlumatı "Shot" Telegramkanalı yayıb. İlkin məlumatlara görə, xəsarət alanlar və maddi ziyan barədə hələlik məlumat yoxdur. Partlayışdan sonra ərazi tam mühasirəyə alınıb, xilasedicilər və hüquq-mühafizə orqanları hadisə yerində işləyir. Şahidlərin bildirdiyinə görə, Solovinaya Roşça küçəsindəki yaşayış binasının yaxınlığında daha bir şübhəli obyekt aşkar edilib. Məlumata əsasən, həmin obyekt yapışqan lentlə sarınıb, bu isə təhlükəsizlik qüvvələrinin xüsusi nəzarətini tələb edib. Hadisənin detalları araşdırılır, rəsmi qurumlardan hələlik açıqlama verilməyib.

 

Seçilən
2
Ajans.az

1Mənbələr