AZ

Bakıda su problemi ən çox olan ərazilər AÇIQLANDI

Paytaxt sakinlərinin illərdir üzləşdiyi içməli su təchizatı və kanalizasiya problemləri hələ də tam həllini tapmayıb. Paytaxtın bəzi ərazilərində suyun təzyiqinin az olması, tez-tez baş verən nasazlıqlar, həmçinin qanunsuz qoşulmalar nəticəsində su təchizatında yaranan çətinliklər əhali arasında narazılığa səbəb olur. Elə kanalizasiya sistemlərində də tez-tez oxşar nasazlıqlar yaşanır.

Bəs görəsən Azərbaycanda su və kanalizasiya sistemləri ilə bağlı əsas problem nədən qaynaqlanır? Hazırda ən problemli ərazilər haralardır?

NOCOMMENT.az xəbər verir ki, məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə sorğu ünvanladıq. Qurumun mətbuat xidmətindən BAKU.WS-in sorğusuna cavab olaraq bildirildi ki, hazırda su ilə bağlı problemlər daha çox Abşeron, Binəqədi, Sabunçu, Suraxanı rayonlarında qeydə alınır.

“Bakı şəhərində içməli su və kanalizasiya xətlərində mövcud olan əsas problemlər bir neçə amillə bağlıdır. Belə ki, yaşayış üçün nəzərdə tutulmayan ərazilərdə məskunlaşma, vətəndaşlar tərəfindən primitiv üsullarla çəkilən su xətləri, bir xəttə bir neçə abonentin qoşulması halı, həmçinin bəzi ərazilərdə istismar müddətini bitirmiş infrastrukturlar mövcud şəbəkələrin həddindən artıq yüklənməsinə, su itkisinə və bəzi abonentlərin su təchizatının tam və standartlara uyğun formada həyata keçirilməsinə maneə yaradır. Qeyd olunan hallar Abşeron, Binəqədi, Sabunçu, Suraxanı kimi rayonlarda daha çox üstünlük təşkil edir”, – deyə məlumatda qeyd olunub.

Qurum bildirir ki, bu kimi halların qarşısının alınması istiqamətində mütəmadi tədbirlər həyata keçirilir:

“ADSEA tərəfindən mütəmadi tədbirlər görülür. Belə ki, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin yerli sukanal idarələri tərəfindən qanunsuz qoşulmalar və ya su itkiləri ilə bağlı reydlər keçirilir. Bu zaman qanundan kənar hər hansı fakt aşkarlandıqda qarşısı alınır. Həmçinin istismar müddətini başa vurmuş su xətləri yeniləri ilə əvəz edilir. Mərkəzləşmiş içməli su şəbəkəsi mövcud olmayan ərazilərdə genişmiqyaslı layihələr icra olunur”.

Seçilən
18
4
nocomment.az

5Mənbələr