AZ

Polşa Rusiyanı HƏDƏLƏDİ

Cebheinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Polşanın xarici işlər naziri Radoslav Sikorski, Rusiyanı hava məkanlarını pozmamaq barədə ciddi şəkildə xəbərdar edib.

"Cebheinfo.az" xəbər verir ki, Sikorski Rusiyanın Estoniyanın hava məkanını pozması ilə əlaqədar toplanan Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasında çıxış edib:

“Əgər bunlar təsadüfdürsə, niyə dərhal qəbul edib üzr istəmirsiniz? Heç bir üzr eşitmədik, yalnız yalanlar eşitdik. Beynəlxalq hüquqa əhəmiyyət vermədiyinizi və qonşularınızla sülh içində yaşaya bilmədiyinizi bilirik. Dəli millətçiliyiniz, imperiyaların dövrünün bitdiyini və imperiyanızın yenidən qurulmayacağını anlayana qədər dinməyəcək bir hökmranlıq istəyi daşıyır”.

Sikorski Polşanın Rusiya hökumətindən “yalnız bir tələbi” olduğunu vurğulayaraq deyib:

“Əgər başqa bir raket və ya təyyarə, istər qəsdən, istərsə də səhvən icazəsiz şəkildə hava məkanımıza daxil olarsa və vurularaq qalıqları NATO torpaqlarına düşərsə, xahiş edirik gəlib bununla bağlı şikayət etməyin”.

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
7
1
cebheinfo.az

2Mənbələr