AZ

Kosmosdan gələn təhlükə barədə xəbərdarlıq edildi

BAKI, 23 sentyabr. TELEQRAF

Rusiyalı astronomlar Yer kürəsinə yaxınlaşan komet barədə xəbərdarlıq ediblər.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiya Laboratoriyasının rəsmi Teleqram kanalında məlumat verilib.

Astronomlar bildiriblər ki, C/2025 A6 (Limon) kometi sürətlə hərəkət edir və 10-14 gün ərzində durbinlə görünəcək.

Oktyabrın sonu - noyabrın əvvəlində səma cisminin optik alətlər olmadan görünməsi gözlənilir.

Seçilən
14
teleqraf.com

1Mənbələr