"Gəncə" basketbol klubu baş məşqçisi Halil Atlı ilə müqavilə müddətini uzadıb.


Bu barədə Rekord.az-a bölgə təmsilçisinin mətbuat xidmətindən bildirilib.


Türkiyəli mütəxəssislə 1 illik müqavilə imzalanıb.


Qeyd edək ki, 38 yaşlı mütəxəssis ötən mövsüm "Gəncə"ni Azərbaycan Kubokunun finalına və pley-offa daşıyıb.