AZ

AİB Azərbaycanda strateji investordur - Bank nümayəndəsi

Bakı. Trend:

Asiya İnkişaf Bankı Azərbaycanda strateji investordur.

Trend xəbər verirki, bunu Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiyaForumunda Asiya İnkişaf Bankının (AİB) Azərbaycandakı daiminümayəndəliyinin özəl sektorun inkişafı üzrə baş mütəxəssisi SənanŞabanov deyib.

“Biz hökumət və yerli idarəetmə orqanları ilə əməkdaşlıq edirik,biznes üçün əlverişli mühitin yaradılmasını və yaxşılaşdırılmasınıdəstəkləyirik və yerli KOB-ları dəstəkləmək üçün bütün imkanlardanistifadə edirik. Maliyyə alətlərindən əlavə, yerli idarəetməorqanlarının və KOB-ların potensialının artırılması üçün texnikiyardım göstəririk”, - deyə o bildirib.

Şabanov qeyd edib ki, özəl sektorun inkişafı, o cümlədən mikro,kiçik və orta müəssisələrin (KOB) inkişafı bankın əsasistiqamətlərindən biridir.

“Bütün əməliyyat və sövdələşmələrimizdə biz məsələlərə müxtəlifbaxış bucaqlarından yanaşırıq, o cümlədən KOB-larınperspektivindən, sövdələşmələrimizin və investisiyalarımızınbazardakı kiçik oyunçulara necə fayda verəcəyini qiymətləndiririk.Biz hesab edirik ki, özəl sektorun və KOB-ların inkişafı sadəcəformal tələblərin yerinə yetirilməsi və ya sənədlərdə qeyd qoymaqdeyil, həm də iqtisadi təhlilin aparılmasıdır: infrastrukturlayihələrinə nə qədər mikro və kiçik müəssisənin cəlb olunduğu”, -deyə o əlavə edib.

Məqalədə:
Seçilən
0
az.trend.az

1Mənbələr