AZ

Daşkəsən yataqlarında 187,3 milyon ton dəmir filizi təsdiqləndi

BAKI, 23 sentyabr. TELEQRAF

Həyata keçirilmiş ilkin qiymətləndirmə çərçivəsində aparılan geoloji tədqiqatlar nəticəsində Daşkəsən dəmir filizi yataqları üzrə 70 milyon ton artım qeydə alınıb, ümumilikdə isə yerin təkində 187,3 milyon ton dəmir filizi ehtiyatı təsdiqlənib.

Teleqraf xəbər verir ki, bu barədə Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF 2025) çərçivəsində keçirilən brifinq zamanı “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov deyib.

O qeyd edib ki, Bəbu həcm potensial olaraq gələcəkdə yataqların 15 il əlavə istismarı deməkdir. Hazırda bu mərhələ üzrə yekun bank təyinatlı Texniki-İqtisadi Qiymətləndirmə prosesi həyata keçirilir:

“Proses çərçivəsində geoloji, metallurji, texniki və iqtisadi təhlillər tamamlandıqdansonra, layihənin bu hissəsi üzrə tikinti-quruculuq işlərinəbaşlanılacaq.
Layihənin ikinci mərhələsi illik 2 milyon ton istehsal gücünə malikisti briketlənmiş dəmir (İBD) zavodunun qurulmasını əhatə edir. Bu mərhələ layihənin əsas kapital yüklü komponentidir. Ümumi investisiya dəyəri təqribən 700 milyon ABŞ dolları təşkil edir. Məhz bu mərhələnin icrası məqsədilə Qazaxıstanın investisiyaşirkəti “Fonte GreenMet Investments Fund” ilə strateji əməkdaşlıq qurulub. Bu əməkdaşlığın nəticəsi olaraq, “Daşkəsən Dəmir Filiz” MMC və “Fonte GreenMet Investments Fund” tərəfindən birgə müəssisə - “Azerbaijan Metal Company” MMC təsis edilib.

Bu təşəbbüs, ölkəmizdə ilk dəfə olaraq birbaşa reduksiya texnologiyası əsasında irihəcmli istehsalat kompleksinin yaradılmasına imkan verəcək. Azərbaycanın sənaye və mədən sektorunun inkişafına, ixrac potensialının artırılmasına, həmçinin müasir texnologiyaların tətbiqi və beynəlxalq təcrübənin yerli istehsalata inteqrasiyasına xidmət edəcək. Strateji layihə ölkəmizin ÜDM-nə ildə təxminən 694 milyon ABŞ dolları həcmində töhfə verəcək, regionda məşğulluğu böyük ölçüdə artıraraq, 1600 nəfərə qədər yerli mütəxəssisin işlə təminatına imkan yaradacaq”.

O əlavə edib ki, Daşkəsən dəmir filizi layihəsinin hər iki mərhələsinin kompleks şəkildə icrası regiona daha böyük sosial-iqtisadi dividendlər qazandıracaq:

“Birbaşa və dolayı təsirlər nəticəsində təxminən 4000 iş yerinin yaradılmasına imkan yaratmaqla, əməliyyatlara başlanıldıqdan sonrakı dövr ərzində ölkə üzrə ÜDM-yə təqdribən 13 milyard ABŞ dolları həcmində töhfə verəcək.

Bu investisiya təkcə sənaye və mədən sahələrinin inkişafını stimullaşdırmaqla kifayətlənməyəcək, eyni zamanda regionda logistika, xidmət və infrastruktur sahələrində əlavə canlanma yaradacaq. Bu yanaşma, ixracyönümlü məhsul istehsalına vəölkəmizin polad sənayesinin xammal təhlükəsizliyinin möhkəmləndirilməsinə xidmət edəcək. Mərhələli şəkildə həyata keçiriləcək bu proses genişmiqyaslı sənaye sinerjisi yaradacaq, yerli və regional bazarlar üçün rəqabətqabiliyyətli məhsul istehsalı təmin olunacaq.

Yeni təsis edilmiş “Azerbaijan Metal Company” MMC-nin idarə edilməsi barədə müqavilənin bu gün məhz burada imzalanması Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin himayəsi altında təşkil edilən Beynəlxalq İnvestisiya Forumunun əsas nəticələrindən biridir. Yüksək təşkilatçılıq və investisiya imkanlarının tanıdılması və yeni iqtisadi əməkdaşlıqların qurulması üçün yaradılan əlverişli şəraitə görə İqtisadiyyat Nazirliyinə və İxracın və İnvestisiyaların Təşviqi Agentliyinə təşəkkür edirəm. Əminəm ki, bu əməkdaşlıq iki dost və tərəfdaş ölkə - Azərbaycan və Qazaxıstan arasında iqtisadi əlaqələrin güclənməsinə töhfə verəcək”.

Seçilən
33
3
teleqraf.com

9Mənbələr