Bakı. Trend:
Daşkəsən dəmir filizi yataqlarının işlənməsi ölkəmiz üçün böyükiqtisadi səmərələr vəd edən irimiqyaslı layihədir. Bununla belə,yataqlardakı filizlərin dəmir tərkibinin ortalama 40%-ə yaxıntəşkil etməsi, üstəlik filizlərin yerin daha dərin qatlarındayerləşməsi, eləcə də ölkəmizin beynəlxalq sulara birbaşa çıxışınınolmaması layihənin əməliyyat və logistika xərclərinin ciddi şəkildəartmasına səbəb olur.
Trend xəbərverir ki, bunu "AzerGold" QSC-nin İdarə Heyətinin sədri Zakirİbrahimov Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiyaForumunun ikinci günü çərçivəsində təşkil edilən brifinqdəbildirib.
Onun sözlərinə görə, bu amillər öz növbəsində, əlavə dəyərqazandıran məhsulların istehsalı zərurətini ortaya çıxarır:
"Bütün bunları nəzərə alaraq, layihənin effektiv icrasını təminetmək məqsədilə beynəlxalq nüfuzlu məsləhətçi şirkətlərin iştirakıilə optimal texnoloji həll yolu müəyyən edildi. Bu yanaşma, üçmərhələli istehsal zəncirini - 67% dəmir tərkibli daha keyfiyyətlikonsentratın, pellet və isti briketlənmiş dəmirin (İBD) istehsalınıəhatə edir".
"Sözügedən dəyər zəncirinin qurulması üçün tələb olunan təqribiinvestisiya həcmi 1,2 milyard ABŞ dolları təşkil edir", - Zakirİbrahimov qeyd edib.